Müharibə veteranları «Qürur yeri» kitabının təqdimat mərasimində iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi şairə Esmira Günəşin şəhidlərimizə həsr etdiyi «Qürur yeri» kitabının təqdimat mərasimində iştirak ediblər.


Təqdimat mərasimində şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himnimiz səsləndirilib.


Təqdimat mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranları, Prezidentə Dəstək İB Ağsaqqallar Şurasının sədri Kamil Teymurov, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov çıxış edərək AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid ailələrinə başsağlığı verib və hər zaman onların yanında olduqlarını qeyd eləyib. Həmçinin mərasim iştirakçılarını qarşıdan gələn Qurbanlıq bayramı münasibətiylə təbrik edib.


Sonra şairə Esmira Günəş təqdim etdiyi «Qürur yeri» kitabının əsas qayəsi haqqında məlumat verib və şəhidlərimizin qürur yerimiz olduğunu bildirib.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: