Salyan rayonu Sarvan kəndində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvü Vüqar Abdullayevin təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunmuş ənənvi futbol turniri keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Salyan rayon şöbəsinin sədri Qənbər Əliyev məlumat paylaşıb.

Tədbirdə millət vəkili, ictimaiyyət nümayəndələri, müharibə veteranları və şəhid ailələri iştirak ediblər.
Turnirin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Elçin Qədirov

