Conson jurnalistikaya qayıda bilər

Böyük Britaniyanın baş naziri Boris Conson növbəti seçkilərdə siyasətdən getməyə hazırlaşır.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Qəzetin yazdığına görə, Conson hökumətinin 50-dən çox rəsmisinin istefasını qəbul edib.

O, növbəti seçkilərdə siyasi karyerasını bitirmək və ya baş nazir postunu tərk etdikdən sonra deputat kimi fəaliyyətini davam etdirən sələfi Tereza Meyin nümunəsini təkrarlamaq niyyətindədir.

Conson jurnalistikaya və mühazirələrə qayıdacağını da istisna etmir. Beləliklə, “Hodder & Stoughton” nəşriyyatı hələ 2016-cı ildə Uilyam Şekspirin ölümünün 400-cü ildönümündə nəşri planlaşdırılan, lakin cənab Consonun Xarici İşlər Naziri təyin edilməsindən sonra təxirə salınan dramaturqun tərcümeyi-halını ondan hələ də gözləyir. Siyasətçi artıq 88 min funt-sterlinq avans alıb.

Hələ iyulun 6-da Conson demişdi ki, o, yalnız iki halda istefa verə bilər:

Birincisi, hökumət işi lazımınca yerinə yetirə bilməsə;

İkincisi, hökumət Ukraynaya dəstəyi davam etdirə bilməsə.

Artıq iyulun 7-də baş nazir istefa verdiyini açıqlayıb.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: