Moskva-İrəvan reysini həyata keçirən təyyarə təyyarədə yaranan mübahisə səbəbindən Samarada məcburi eniş edib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun bəyanatına istinadən “Вечерняя Москва” nəşri məlumat yayıb.
Təyyarənin sərnişinlərindən biri olan erməni sərxoş halda özünü həddindən artıq aqressiv aparıb. O, digər sərnişinlərlə dalaşmağa başlayıb və onları söyüb.
Təyyarənin komandiri təyyarəni Samara hava limanına endirmək qərarına gəlib. Hadisə yerinə gələn polis əməkdaşları davaya başlayan sərnişini yaxalayaraq növbətçi məntəqəyə aparıblar.
MİA- medianın məlumatına görə, onun barəsində inzibati xətalarla bağlı protokollar tərtib edilib.
Bu xəbəri paylaşın: