ŞƏRƏFLİ ZABİT ÖMRÜ: POLKOVNİK TƏVƏKKÜL HÜMBƏTOV — 52

      Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  həyatında öz dəst -xətt olan, yüksək peşəkarlığı dərin zəkası, gözəl nitq qabiliyyəti, və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün dövrünün  23 ildən çox şərəfli xidməti yolunu hərbi xidmət yolunu  Daxili Qoşunlarda kecirən  44 günlük Vətən Müharibəsi iştirakçısı  polkovnik  Hümbətov Təvəkkül Nəriman oğlunun  iyul ayının  11 -də  52 yaşı tamam olur.

       Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan polkovnik Hümbətov Təvəkkül Nəriman oğlunu doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi  və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının  üstə gələn bu yaş, qoy ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

     Polkovnik Təvəkkül Nəriman oğlu Hümbətov  1974 -ci  ildə  İyul ayının  11-də  Azərbaycan  Respublikasının Ucar rayonun  Bərgüşad kəndində anadan olub.

     1991 — ci ildə  Ucar rayonun  Bərgüşad kənd orta məktəbi,  1996- cı ildə  Azərbaycan Texniki Universiteti , 1999- cu ildə isə  Daxili Qoşunların Bas İdarəsinin  Xəzər rayonunda yerləşən  Ali Hərbi Məktəbdə Zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir çox Metodiki- təlim toplanışlarda,  Xüsusi- taktiki təlimlərdə , Komanda Qərargah məşqilərində , müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

    1998 — 2021 ci İllərdə  Daxili Qoşunların Baş İdarəsinin  Binəqədi,  Zaqatala,  Bərdə rayonlarında yerləşən hərbi hissələrdə   Taqım və Böluk  komandiri,  Avtomobil və zirehli texnika xidmət rəisi , Hərbi hissə komandirinin Maddi — texniki təminat xidmətləri üzrə  müavinini , Daxili Qoşunların Bas İdarəsinin  Maddi -Texniki Təminat İdarəsində isə baş zabit  vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib

    Təvəkkül   Hümbətov 44 günlük Vətən Müharibəsində Dağlıq Qarabağ  və onun ətrafında olan ərazilərin azad olunmasında  üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. 44 günlük Vətən Müharibəsi   Veteranıdır.

      Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     Hərbi yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

       O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

      Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri,  döyüş və ictimai — sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə»  görə döş nişanları ilə,  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

       Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

-»  Hərbi Xidmlərə Görə» medalı ilə ;

— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley  medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının»  90 illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

— » Silahlı Qüvvələrin yaranmasının»  95 illiyi  ( 1918 — 2013 ) yubiley medalı ilə;

-» Silahlı Qüvvələrin yaranmasının» 100 illiyi  ( 1918 — 2018) medalı ilə;

— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10təqvim ili xidmətə görə,

«Qüsursuz  Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

— «Qüsursuz Xidmətə Görə 1 -ci  dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TƏVƏKKÜL BƏY!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: