AVMVİB Səbail rayon şöbəsi Qurban bayramını qeyd edib

Qurban bayramı münasibətiylə adının çəkilməsini istəməyən xaricdə yaşayan soydaşımızın və YAP Səbail rayon təşkilatının dəstəyi ilə Səbail rayon veteranlarına bayram ziyafəti və qurban payları verilib.


Bu barədə Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə məlumat verib.


AVMVİB Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə bayram münasibətiylə xalqımızı təbrik edərək, qəlbi döyüşçülərlə olan hər kəsə rayon veteranları adından öz minnətdarlığını bildirdi. İslam aləmində ən möhtəşəm bayramlardan olan bir günü bir yerdə qeyd etməmiz daha xoşdur. Hər bir veteranın ürəyincədir.

Tədbirdə xatirə şəkilləri çəkdirildi.

Bu xəbəri paylaşın: