İranın Qərbi Azərbaycan vilayətində PJAK terrorçularının (PKK-nın İran qanadı, Kürdüstan Azad Həyat Partiyası) cinayətləri bitmir, İran isə bu cinayətlərə göz yumur.
Bu barədə Güney Azərbaycanlı fəal Sevil Süleymanının «Twitter» səfhəsinə istinadən xəbər verir.
İran İslam Respublikasının PKK terror qruplaşmasının qarşısında sakitləşməsinə etiraz edən azərbaycanlı müəllim İran parlametində Maku nümayəndəsinə və Maku qubernatoruna etiraz edərək deyib:
«Bir qarşıdurmada ki, bir tərəfin əlində silah (kürd teroristləri), digər tərəfın əlində çubuq ola (yerli Azərbaycan türkləri), bu, daha münaqişə deyil, soyqırımdır».
Qeyd edək ki, iki gün əvvəl Maku yaylağında PJAK terror qruplaşmasına mənsub şəxslər yerli azərbaycanlılara atəş açaraq 2 nəfəri qətlə yetirib, 1 nəfəri yaralayıblar.
Mənbə: Qaynarinfo
