ŞƏRƏFLİ ÖMÜR YOLU: POLKOVNİK RAUF ƏLİYEV — 51

       Daxili İşlər Nazirliyi Daxili Qoşunların Daxili Qoşunların Bas İdarəsinin həyatında  öz dəst — xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə secilən, ömrünün ən məhsuldar dövrünün 26 ildən cox şərəfli xidmət yolunu Daxili Qoşunlarda kecirən   Silahlı Qüvvələr Veteranı — ehtiyatda olan polkovnik  Rauf Fazil oğlu Əliyevin  iyul ayının  13 — də 51 yaşı tamam olur.

        Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan  ehtiyatda olan Polkovnik Əliyev Rauf Fazil oğlunu dogum gunu munasbətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik  edir, ona həyatda insan ucun ən şirin  nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

       Polkovnik  Əliyev Rauf Fazil oğlu   1971 — ci ilin  iyul ayının 13 də  Bakı şəhərində ziyalı ailəsində anadan olub. Onun valideynləri  Borçalıdandır.     

       1988 — ci ildə  Bakı şəhərində  orta məktəbi əla qiymətlərlə,  1993 — cü ildə   Azərbaycan İnşaat  Mühəndisləri  İnstitutunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsin də və  hərbi hissələrində kecirlən  bir çox — metodiki təlim toplanışlarda,  xüsusi -taktiki təlimlərdə,  komanda — qərargah   məşqlərində,  müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib .

   1993 — 1995-ci illərdə   Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub.  1995 — 2022-ci illərdə  isə   Daxili Qoşunların Bas İdarəsinin  Məxfi hissəsində zabit,  Məxfi hissə rəisi, Qeyri- məxfi  karküzarlıq  bölməsin rəisi, Katiblik rəisi  vəzifələrində Vətənə Dövlətə və xalqa  sədaqətlə    xidmət edib.

       Hərbi Xidmətkecmə Haqqında Əsasnamənin  156-cı maddəsinin  v) bəndinə əsasən Xəstəliyə görə Azərbaycan Respublikası  Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Baş İdarəsinindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.

       Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

        Hərbı yoldaşları onu, vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

        O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

        Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri,  döyüş və ictimai — sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə»  görə döş nişanları ilə,  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

       Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

— »  Hərbi Xidmətlərə Görə» medalı  ilə;

-»  Silahlı Qüvvələrin Veteranı » medalı ilə;

-» Hərbi Xidmətdə  Fərqlənməyə  Görə» — 2 dərəcəli medal ilə;

— » Hərbi Xidmətdə Fərqlənməyə Görə » — 3 dərəcəli medal ilə;

— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley  medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının»  90 illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

— » Silahlı Qüvvələrin yaranmasının»  95 illiyi  ( 1918 — 2013 ) yubiley medalı ilə;

— » Silahlı Qüvvələrin yaranmasının» 100 illiyi  ( 1918 — 2018) medalı ilə;

— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,

— «Qüsursuz  Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

— «Qüsursuz Xidmətə Görə 1 -ci  dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

DOĞUM GÜNÜN MÜBARƏK ,RAUF !BƏY!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTIMAI BİRLİYİ (AVMVİB) SƏDRİNİN MÜAVİNİ POLKOVNİK SALMAN MUSAYEV

Bu xəbəri paylaşın: