Təpəbaşı tədbiri İrəvanda əks-səda yaradıb

Bu günlərdə bir qrup ziyalıların Gülüstan sarayında «İRƏVANDAKI TƏPƏBAŞI məhəlləsinin ermənilər tərəfindən dağıdılması» haqqında keçirdikləri tədbir erməni mətbuatında geniş əks-səda yaratmışdır.

Aşağıdakı şəkildə «Tert. (Qəzet) am», «Hayeli (Ayna) am.» və sair erməni saytlarında qeyd olunur: (qırmızı dairə daxilində)- «Azərbaycan İrəvandakı «TƏPƏBAŞI» adlanan məhəllə haqqında YUNESKO-ya müraciət edib.» (birinci şəklə diqqətlə baxın)

2-ci qırmızı dairə daxilində isə «Azərbaycan yeni tələb təqdim edib.» Əminəm ki, bu tədbirdə olunan bir sıra ədalətli tələblərə və müraciətlərə YUNESKO heç də laqeyd münasibət bəsləməyəcək.

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: