Tərtərdə şəhidin xatirəsinə həsr olunmuş abidənin açılışı oldu

Tərtər rayon Ələsgərli kəndində 44 günlük Vətən müharibəsinin «Azərbaycan Bayrağı» ordenli şəhidi gizir Ruslan Şahbazovun xatirəsinə ucaldılmış abidənin açılışı olub.


Tədbirdə Tərtər rayonundan deputat seçilmiş Sahib Alıyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələri və müharibə vüteranları iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.


Tədbirdə çıxış edənlər bildirdilər ki, şəhid Ruslan Şahbazov Suqovuşan uğrunda gedən döyşlərdə qəhrəmanlıq göstərərək düşmənin texnikasını və xeyli sayda canlı qüvvəsini məhv etmişdir.


15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq fərmanı ilə şəhid gizir Ruslan Şahbazov «Azəebaycan Bayrağı» ordeni və «Vətən uğrunda» medalı ilə təltif edilmişdir.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: