ERMƏNİ QAÇQIN: «PAŞİNYAN PULU VERİR, QARABAĞDA OTURMUŞ KORRUPSİYA KRALI ARAYİK İSƏ PULLARI SOVURUR»

Hadrutlu qaçqın Artur Stepanyan bu barədə bir az əvvəl Hökumət binası yaxınlığında Qarabağdan olan köçkünlərin etiraz aksiyası zamanı jurnalistlərə bildirib:

«Nə Ermənistan Respublikasının hakimiyyəti, nə də Qarabağ hakimiyyəti bizim qaçqın statusumuz haqqında danışmır. Biz israrla davam edirik ki, bizə qaçqın statusu verilməlidir. Baş nazir bu yaxınlarda Qarabağa verilən maliyyə dəstəyinin iki dəfə artırıldığını açıqladı, bu, təxminən 144 milyard dramdır, lakin o, niyə iki dəfə artırıldığını heç qeyd etmədi.

Bunun bizə nə xeyiri hökumətinin başında korrupsiya kralı Arayik Harutyunyan oturur. Baş nazir onu xəbərdar etməlidir ki, bu vəsaitlər adi bizneslər və müxtəlif korrupsioner tikintilər üçün deyil, bu xüsusi məqsəd üçün, Qarabağ xalqı üçün verilir” — deyə, o əlavə edib.

TANRIVERDİ İSMAYIL
BDU-nun erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: