Ermənistan Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin edildi

Ermənistan Respublikası prezidenti Vahaqn Xaçaturyan Edvard Asryanın Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.


Prezidentin sərəncamına əsasən Edvard Asryan beş il müddətinə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.


Xatırladaq ki, uzun illərdir ordudakı xaos və kadr qıtlığı səbəbindən Ermənistan ordusunda davamlı kadr dəyişiklikləri baş verir.Bundan başqa, orduda və Milli Təhlükəsizlik Xidmətində rəhbər şəxslərin Nikol Paşinyanın apardığı siyasətə qarşı etirazları səbəbindən həmin strukturlarda fikir ayrılığı və parçalanmalar bitib tükənmir.

«Qraparak»-ın yazdığına görə Edvard Asryan 44 günlük müharibədən sonra Nikol Paşinyanın istefasını tələb edən generallardan biridir.

“Hraparak” qəzeti yazır ki, dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə əvvəllər Baş Qərargah rəisinin müavini vəzifəsində çalışan, daha öncəllər isə Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsində çalışan Edvard Asryan təyin edilib.

Asryan o generallardan biridir ki, 44 günlük müharibədən sonra 2021-ci ilin fevralında Nikol Paşinyanın istefasını tələb edib və hesab edir ki, “bu böhranda və erməni xalqı üçün taleyüklü vəziyyətdə özü adekvat qərarlar qəbul edə bilər, çünki Ermənistanın baş naziri və hökuməti artıq yoxdur”. Və cəmi bir neçə aydan sonra o qədər “mülayim” oldu ki, düşmənin Qara göl ərazisinə yerləşdirilməsinə haqq qazandırmağa çalışdı.

“Göstərilən 1000 düşmən əsgəri bizim ərazimizdə ciddi tapşırıqları yerinə yetirmək iqtidarında deyil”, sözlərini o günlərdə azərbaycanlılar erməni əsgərlərini Qara göl ərazisindən əsir götürərkən demişdi.

2021-ci il sentyabrın 27-də isə Edvard Asryan sabiq müdafiə naziri ilə 10 dəqiqəyə yaxın söhbət edərkən görüntüləndiyi üçün Silahlı Qüvvələrin Baş Qərargahının Əməliyyatlar rəisi — Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini vəzifəsindən azad edilmişdi.

“Ermənistan” fraksiyasının deputatı Seyran Ohanyanla söhbətdə “cənab general” müraciətindən istifadə etməsi, xüsusilə də müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryanın xoşuna gəlməmişdi” deyə qəzet yazır.

Bu xəbəri paylaşın: