2 gün əvvəl İrəvana gələn Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klear hazırda Bakıdadır.
O, Twitter-də mikrobloqunda foto yerləşdirərək yazıb: “Vacib görüşlər gözlənilir”.
Ermənistanda Klear Nikol Paşinyanla görüşüb. Hökumətin rəsmi saytında yer alan məlumatda bildirilir ki, “görüşdə Cənubi Qafqaz regionunda baş verən proseslər, Dağlıq Qarabağ ətrafında vəziyyət, sülhün və sabitliyin təmin olunmasına yönəlmiş addımlara toxunulub. Xüsusən, Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə Soçidə və Avropa İttifaqı Şurasının sədrinin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş üçtərəfli görüşlərin yekunları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il mayın 23-də keçirilən üçtərəfli görüşlərinin nəticələri, habelə əldə olunan razılaşmalar müzakirə olunub…
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunulub”.
