Rusların X-101 raketi Odessanı alovlara bürüdü —

Ukraynanın Odessa şəhərində xilasedicilər düşmənin raket zərbəsi nəticəsində baş vermiş yanğını söndürüblər.


Bu barədə jurnalistlərə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.


Qeyd olunur ki, saat 04:54-də Xilasetmə Xidmətinə qanadlı raketin hücumu nəticəsində Odessada anbar binasında yanğın başladığı barədə məlumat daxil olub. Əraziyə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin 18 yanğınsöndürən texnikası və 75 xilasedici cəlb olunub.»1000 kvadratmetr sahədə yanğın saat 07:37-də lokallaşdırılıb, saat 10:42-də isə söndürülüb. Konstruksiyaların sökülüb ayırd edilməsi işi davam etdirilir. İlkin məlumata görə, ölən və xəsarət alan olmayıb», — Xilasetmə Xidmətinin məlumatda deyilir.


Qeyd edək ki, iyulun 16-da səhər saatlarında Rusiya ordusu Tu-95 strateji təyyarələrindən istifadə edərək, Stavropol istiqamətindən Odessaya raket hücumu həyata keçirib. Atılan X-101 raketinin ticarət şirkəti anbarına düşməsi nəticəsində təxminən 1000 kvadratmetr sahədə yanğın baş verib.

Mənbə: Bakupost.az 

Bu xəbəri paylaşın: