TƏBRİK: ABBASOV YALÇIN İSMAYIL OĞLU — 50

    AVMVİB rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev, ehtiyatda olan kapitan Yalçın Abbasovu dogum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.                                  

   Yalçın Abbasovun yaşının üstə gələn bu yaş, qoy ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun,onu xoşbəxt edəcək şəkildə keçsin.

   Müharibə veteranı ehtiyatda olan kapitan Abbasov Yalçın İsmayil oğlu 18 iyul 1972 -ci ildə anadan olub.

O, 1991-ci ildə Yerli Sənaye Texnologiya Texnikomunun arxivşünaslıq və kargüzarlıq ixtisasını bitrib.

 1991-ci ilin dekabr ayindan-2012-ci ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Nərimanov , Agdam (Ağdərə) və  Füzuli  rayonlarında yerləşən hərbi hissələrində motoatıcı, sanitar-təlimatcı,  tədris alayının  tərbiyə bölməsində  təlimatcı, Daxili Qoşunların Baş idarəsinin Mətubat xidmətində isə zabit vəzifələrində vətənə, dövlətə və xalqa ləyaqətlə xidmət edib. O, Daxili Qoşunlaradan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra  bir müddət Daxili Qoşunların Veteranlar şurasının üzvü olub.

2021-ci ilə kimi Yalçın Abbasov  “Bakı Xəbər” qəzetində işləyib.

      Yalçın Abbasov Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda (Agdam, Agdərə və Füzuli rayonları istiqamətində gedən)  döyüşlərdə sanitar təlimatcı kimi  üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.

   O, Daxili Qoşunlarda xidmət edərkən Daxili Qoşunların qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində müvafiq reportajların cəkilməsində qələmə aldıgı bütun məlumatların  Daxili İşlər Nazirliyinin «Mübariz keşikdə» qəzetində  və Daxili Qosunların «Əsgər » qəzetində eləcə də müxtəlif mətbuat orqanlarında dərc olunmasında onun rolu danılmazdır.

   Yalçın Abbasov bir  müxbir kimi həyat və iş dövründə daimi həqiqətlərə hörmət, insan ləyaqətini üstün tutmaq  və cəmiyyəti düzgün informasiya ilə təmin etmək prinsiplərini əsas sayıb.

  Ehtiyatda olan kapitan Yalçın Abbasov peşəkarlığı, humanistliyi və səmərəliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 21 illk şərəfli xidməti yolunu Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə, 5 ilini isə mulkidə keçirib.

    Müharibə veteranı ehtiyatda olan kapitan YalçınAbbasov Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin və Daxili Qoşunların Baş İdarəsinin Mətbuat xidmətinin  əsasnaməsinin tələblərinə və vəzifə borcuna  əməl etməsinə məsuliyyətlə yanaşmışdır.   

O, səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə Y.Abbasov Daxili İşlər nazirinin və Daxili Qoşunlar komandanının  müvafiq əmrləri ilə bir sıra medallarla, döş nişanları ilə, «Fəxri Fərmanlarla» “Pul mükafatları” ilə və “Qiymətli hədiyyələrlə” mükafatlandırılıb.

     Hərbi yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

        O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

        Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri,  döyüş və ictimai — sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə»  görə döş nişanları ilə,  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

       Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley  medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının»  90 illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,

— «Qüsursuz  Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

— «Qüsursuz Xidmətə Görə  1 -ci  dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

YALÇIN BƏY, 50 YAŞIN MÜBARƏK  !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: