TƏBRİK: ZAUR QƏRİBOV — 47

İnsan üçün ən yaddaqalan  tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Göyçay royon şöbəsinin sədri  2 — ci qrup  müharibə əlili Qəribov Zaur Ramiz oğludur. İyul ayının 19 — da  onun 47 yaşı tamam olur.

      Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan 2 — ci qrup müharibə  əlili Qəbribov Zaur Ramiz oğlunu   doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə yaş gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

      Zaur Ramiz oğlu Qənbərov 1975 -ci ilin  iyul ayının  19 —  da  Azərbaycan Respublikasının  Göyçay  rayonunun Qaraməryəm kəndində anadan olub.

      1992 — ci ildə  Göyçay rayonun Qaraməryəm kənd orta məktəbi bitrib.

      1993 — 1994 — cü ildə  Azərbaycan Ordusunun tərkibində  Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam,  Ağdərə və Tərtər rayonları istiqamətində) gedən döyüşlərdə  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən  layiqincə gəlmişdir. Ağdərə rayonunun ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə  iki dəfə yaralanıb.  2021 ci ildən etibarən  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib)  Göyçay royon şöbəsinin sədri vəzifəsindədir.

ZAUR  BƏY, 47 YAŞIN MÜBARƏK !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: