ŞƏRƏFLƏ YAŞAYAN ZABİT ÖMRÜ: MAYOR RAMİZ MAHMUDOV — 59

  Yüksək  peşəkarlığı  və  humanistliyi, sadəliyi  və  səmmimiyyəti, dəqiqliyi  və  təmkinliyi, işgüzarlığı  və  mənəvi  keyfiyyəti  ilə  seçilən  ömrünün ən  məsuldar   dövrünün 14 ildən  çox  şərəfli xidmət  yolunu  hərbi  xidmətdə  kecirən   istefada  olan  Mayor  Ramiz  Mahmudovdur. İyul  ayında  onun  59  yaşı  tamam  oldu.

Daim  həyatın  bütün  imtahanlarından  alnıacıq  və  üzüağ  cıxan Azərbaycan  Vətən  Müharibəsi  Veteranları  İctimai  Birliyinin  üzvü  istefada  olan  Mayor  Mahmudov  Ramiz  Namizəd  oğlunu  doğum  günü  münasibətilə  Azərbaycan  Vətən  Müharibəsi  Veteranları İctimai  Birliyinin  (AVMVİB) rəhbərliyi  və Azərbaycan  Vətən  Müharibəsi  Veteranları İctimai  Birliyi  (AVMVİB)  sədrinin  müavini  polkovnik  Salman  Musayev  səmimi  qəlbdən  təbrik  edir, ona  möhkəm  can  sağlığı  və  həyat  yollarında  bitib – tükənməyən  naliyyətlər  arzulayır. Yaşının  üstə  gələn  bu  yaş  ona  sevinc  dolu  illər bəxş  etsin  və  hər  yeni  günü  isə  onu  istəklərinə  qovuşduraraq  daha  da  xoşbəxt  etsin.

Mayor  Mahmudov  Ramiz  Namizəd  oğlu  1963-cü  ilin  iyul  ayında  Bakı   şəhərində  anadan  olub.

1980-cı  ildə  Bakı  şəhərində  126  nömrəli  orta  məktəbi, 1988-ci  ildə Azərbaycan  Pedaqoji  İnstitutunun  Fiziki  tərbiyə  çağırışaqədərki,hazırlıq  və  mülki  müdafiə  fakultəsini,Daxili  Qoşunların  Baş  İdarəsinin  və  Müdafiə  Nazirliyinin  Zabitlərin  ixtisas  artırma  kursunu  bitirib.O,Daxili  Qoşunlarda xidmət  etdiyi  illər  ərzində  bir  çox  metodiki  təlim  toplanışlarında  xüsusi  taktiki  təlimlərdə,müvafiq  kurslarda,seminar  və  konfranslarda  fəal  iştirak  edib.

1981-1983-ci illərdə  müddətli  həqiqi  hərbi  xidmətdə, 1988- 1991-ci illərdə  isə  Sovet  Ordusunda  müxtəlif  zabit  kimi xidmətdə  olub.

1991-1992 ci  ildə  Azərbaycan  Ordusunun  döyüş  bölgələrində  yerləşən  hərbi  hissələrində  müvafiq  vəzifələrdə, 1993-2003-cü  illərdə  isə  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyi  Daxili  Qoşunların  Ağdam, Binəqədi, Füzuli və  Nərimanov  rayonlarında  yerləşən  hərbi  hissələrində  bölük  komandirinin müavini, bölük  komandiri, tabor  komandirinin  müavini  və  Alayın  Döyüş  hazırlığı  bölməsinin  rəisi  vəzifələrində  Vətənə  Dövlətə  və  xalqa  sədaqətlə  xidmət  edib.

 Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  Ağdam, Ağdərə  və  Füzuli  rayonları   istiqamətində   gedən  döyüşlərdə   iştirak  edərək  ona  həvalə  edilmiş  vəzifə  və  tapşırıqların  öhdəsindən  layiqincə  gəlmişdir.

O,Daxili  Qoşunlarda  xidmət  etdiyi  illər  ərzində  öz  tabeliyində  olanlara  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına  əməl  edilməsi,  Hərbi  Andın,  Hərbi  və  Daxili  Qoşunların  döyüş  xidməti  nizamnamələrin  tələblərinin,  əmr  və  sərəncamların  dəqiq  və  sözsüz  yerinə  yetirilməsi  işində  daimi  nümunə  olmuşdur.

Qanunvericilik ilə  Daxili  İşlər  Nazirliyi  Daxili  Qoşunlara  həvalə  edilmiş  vəzifələrin  yerinə  yetirilməsində,Şəhərdə  və  yaşayış  məntəqələrində  (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtişaşların qarşısının  alınmasında,  cinayətkarlığa  qarşı  mübarizədə, silahlı  birləşmiş  dəstələrin  axtarışında  və  zərərsizləşdirilməsində, fövqəladə  hallar  zamanı  hüquqi  rejimin  təmin  edilməsində,  baş  vermiş  təbii  fəlakətlərin  nəticələrinin  aradan  qaldırılmasında,  dövlətin  ərazi  bütövlüyünün  təmin  edilməsində  üzərinə  düşən  vəzifə  və  tapşırıqların  öhdəsindən  layiqincə  gəlmişdir. 

 Hərbi  yoldaşları  onu  vətənpərvər,  qorxmaz,  səxavətli,  insanpərvər,  əliaçıq  və  zəhmətkeş  zabit  kimi  dəyərləndirirlər.  O,  istər  təhsil  aldığı  orta  və  təhsil  mərkəzlərində,  istərsədə  xidmət  etdiyi  və  işlədiyi   müddətdə,  istərsədə  dost-tanış,  qohum — əqrəba  arasında  özünə  layiq  hörmət  qazanıb.

Azərbaycan  Respublikasının  Müstəqilliyinin  və  ərazi  bütövlüyün  qorunub saxlanılmasında, respublikada əmin  amanlığın  təmin  edilməsində, ictimai  asayişin  təmin  olunmasında,cinayətkarlığa  qarşı  mübarizədə  öz             xidməti   vəzifələrini  və  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqları  yerinə  yetirərkən  fərqləndiyinə  görə  Daxili  İşlər  Nazirinin,  Daxili  Qoşunlar  Komandanın  və  onun  müavinlərinin, hərbi  hissənin  komandirinin  müvafiq  əmrləri  ilə müvafiq  medallarla, əla  xidmətlərə  görə  döş  və  yubiley  nişanları  ilə  təltif  olunub,  fəxri  fərmanlarla  və  qiymətli  hədiyələrlə  mükafatlandırılıb  və  ona  təşəkkür  elan  edilib.  

RAMİZ  BƏY, 59 YAŞIN  MÜBARƏK  !!!

ALLAH  HƏR  ZAMAN  QƏLBİNİ  SIXINTIDAN, BƏDBİNLİKDƏN  QORUSUN!

BÜTÜN  ARZULARIN  ÇİN  OLSUN!

HƏMİŞƏ  ÜZÜN  GÜLSÜN,  ÜRƏYİN  SEVİNSİN!

Azərbaycan  Vətən  Müharibəsi  Veteranları  İctimai  Birliyi  (AVMVİB)  sədrinin  müavini  polkovnik  Salman  Musayev

Bu xəbəri paylaşın: