Müdafiə Nazirliyi təkzib edir

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Zəngəzur və Göyçə istiqamətində irəliləməsi və hazırda orda gərginlik olması barədə məlumatları qəti şəkildə təkzib edib.

Bu barədə Ermənistan MN yerli medianın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, sərhəddə heç bir gərginlik baş verməyib.

Xatırladaq ki, sərhəddə ciddi gərginlik olduğu haqda məlumatı erməni türkiloq Varajun Geqamyan sosial şəbəkə hesabında yazıb.

Bu xəbəri paylaşın: