ŞƏRƏFLİ ZABİT ÖMRÜ: POLKOVNİK-LEYTENANT İLHAM UMUDOV — 59

     Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyi Sabunçu rayon şöbəsin rəhbərliyi şöbənin üzvü ehtiyatda olan polkovnik-leytenant İlham Umudovu doğum günü münasbətilə səmimi qəlbdən  təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və  həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     İlhamUmudovun yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun xoşbəxt edəcək şəkildə keçsin  .

Müharibə və Silahll quvvələr vetiranı ehtiyatda olan polkovnik leytenant  Umudov İlham Umud oğlu 2 avqust 1963-ci ildə Göyçay rayonunda anadan olub,

1978ci ildə Göyçay rayon 6 nömrəli tam orta məktəbi, 1980ci ildə Göyçay peşə məktəbini,1983-ci ildə  Kuybişev şəhərində sənaye pedoqoji texnkomu, 1989ci ildə SSRİ Daxili Nazirliyinin Sverdlovsk şəhərində yerləşən siravi polis nəfəri ( kiçik rəisi heyəti) hazilayan polis məktəbini, 2008- ci ildə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib

      O.xarici ölkələrin Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hisələrində teşkil etdiyi  kurslarda, seminarlarda, konfuraslarda iştirak  edərək,  müvafiq sertifikatlara layiq görülmüşdür

       İlham Umudov 1989 -1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Baqdanovic şəhərində yerləşən Polis şöbəsində post-patrul nəfəri vəzifəsində işləmiş, 1992- 1993 -ci illərdə   Daxili İşlər Nazirliyinin  Ağdərə rayonun polis şöbəsində müxtəlif vəzifələrdə, 1994 -2015 -ci illərdə  isə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin  Binəqədi, Xətai Montin, Quba rayonlarında yerləşən hərbi hissələrdə (birqadada) Xüsusi Təyinatlı Dəstədə qrup komandiri və Dəstə komandiri, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı şöbəsində isə Xüsusi təyinatlı bölmələrin hazırlıgı üzrə baş zabit vəzifəsində xidmət edib

     «Azərbaycan Bayrağı ordenli » ehtiyatda olan polkovnik leytenant İlham Umudov peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün 29 ( iyrimi doqquz) ildən cox şərəfli xidməti yolunu Daxili işlər orqanlarında və hərbi xidmətə kecirib.

     O,1992-1994 ci illərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və 12 oktyabr 1992 -ci  ildə Çıldıran və Dranbon  uğrunda gedən döyüşlərdə yaralanıb.

     İlham Umudov Daxili İşlər orqanlarında və Daxili Qoşnlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox hərbi qulluqçular ücün nümnə olmuşdur.

   O,Daxili Qoşunlarda xidmət etdiyi müddətdə ona həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində yerinə yetirilməsində, Cinayətkarlığa qarşı mübarizədə, ictimai əsayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcədə onun xidmət etdiyi  Agdərə Polis şöbəsinin  döyüş bölgələrində olduğu müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.

Müharibə və Silahll quvvələr veteranı ehtiyatda olan polkovnik leytenant İlham Umudov Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O,Daxili Qoşunların Baş İdarəsinində xidmət edərkən bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən öz səmərəli fəaliyyəti ilə, təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə Daxili Qosunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur.

Polkovnik -leytenant  İlham Umudovun səmərəli fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi, Daxili Qoşunların Komandanlıgı və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən yüksək qiymətləndirildiyinə görə O, Azərbaycan Respublikasının Prezidentinin, Daxili İşlər Nazirinin və Daxili Qosunlar komandanın müvafiq sərəncamları və əmrləri ilə aşağıdakı orden və medallarla təltif edilib:

1).  24 dekabr 1998 ci ildə  «Azərbaycan Bayrağı ordeni ilə»

2).08 mart 2014ci ildə «Hərbı xidmətlərinə görə medala «

3). 14 may 2005 və 26 ıyul 2010 cı ilərdə «Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3 cü dərəcəli medalarla «

4).14 yanvar  2005 -ci ildə,14 avqust 2008- ci ildə və 05 noyabr 2014 -ci ildə  «Silahlı Qüvvələrin yaranmasının 10 iliyi  (1991 -2001), 90 illiyi (1918-2008 ), 95 illiyi (1918-2013) yubiley medallarla «

5).09 mart 2011ci ildə «Xidmətlərə görə medala «

06.01 sentyabr 2014ci ildə «Azərbaycan Respublikası Silahlı Qüvvələrin Veteranı medalı «

.

      İlham Umudov  Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi illərdə xiidmətdə fəriqləndiyinə görə, O, Daxili İşlər Nazirinin və Daxili Qosunlar Komandannın müvafiq əmrləri ilə döş nisanları ilə (1.»Daxili işlər nazirliyində Əla xidmətlərinə görə  döş nisanları ilə», 2. «Daxili Qoşunlarlatda Əla xidmətlərinə görə döş nisanı ilə»,3.» Daxili Qosunlarin yaranmasının 15 və 20 iliyi döş nisanları ilə»), Fəxri- Fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mukaflandirılıb.

     Müharibə və Silahlı qüvvələr veteranı ehtiyyatda olan polkovnik — leytenant İlham Umudov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabunçu rayon şöbəsinin üzüvüdür.O,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi medalarlla (1.»Müharibə Vetiranı «medalı ilə, 2. «AVMVİB-in 25 illik yubiley» medalı ilə, 3. Silahlı Qüvvələrin yaranmasının 100 illiyi yubiley» medalı ilə ) və döş nişanlari ilə, 22 iyul 2007ci ildə isə KKVTİC respublika şurasının yubiley medalı ilə təltif olunub.

BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN, İLHAM BƏY!

100 (YUZ) YAŞA, SAĞLAM YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: