Putin və Ərdoğan taxılla bağlı sövdələşmənin tam şəkildə həyata keçirilməsinə tərəfdardırlar

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan danışıqların yekunlarına dair birgə bəyanatda taxıl ixracına dair sazişin, o cümlədən Rusiya ərzaq və gübrələrinin dünya bazarına tədarükünə dair hissənin tam icrasının zəruriliyini qeyd ediblər. Sənədin mətnini Kremlin mətbuat xidməti şərh edib.


“İstanbul Paket Sazişinin ruhuna və hərfinə uyğun olaraq tam icrasının təmin edilməsinin zəruriliyi, o cümlədən Rusiya taxılının, gübrələrin və onların istehsalı üçün xammalın maneəsiz ixracı vurğulanıb”, — deyə məlumatda bildirilir.


Bundan əlavə, prezidentlər aşağıdakılar barədə razılığa gəliblər:
— Türkiyənin Rusiya qazına görə ödənişini qismən rubla çevirmək;
— Suriyada terrora qarşı birgə mübarizə aparmaq və onun ərazi bütövlüyünü qorumaq;
— Liviyanın suverenliyini qorumaq;
— Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasını Türkiyədə keçirəcək


Baş nazirin müavini Aleksandr Novak jurnalistlərə bildirib ki, danışıqlarda maliyyə və bank sektoru məsələləri qaldırılıb.


Prezidentlər iqtisadiyyat və energetika, ticarət və nəqliyyat, kənd təsərrüfatı, sənaye, tikinti və turizm sahələrindən danışıb və bu istiqamətlərin hər biri üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.


Putin və Ərdoğan arasında danışıqlar avqustun 5-də Moskva vaxtı ilə saat 15:20 radələrində Soçidə başlayıb, görüş dörd saatdan bir qədər çox davam edib.

Bu xəbəri paylaşın: