AVMVİB Zəngilan rayon şöbəsi öz xeyirxah işini davam etdirir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin təşkilatçılığı ilə 09.08. 2022-ci il tarixdə daha 2 Tır təkər ön xəttə yola salındı.


AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin başlatdığı aksiyaya qoşulan bəstəkar Faraim Sadiq, Tural Ağasıyev, Azərbaycan Respublikasının Əməkdar artisti, Opera ve balet teatrının solisti, Almaz xanım və İlahə Əhmədovanın iştirakı və təşkilatçılığı ilə «SOS» MMC Mühafizə xidmətinin 30 nəfər əməkdaşı, şəxsən Almaz xanıma, AMEA -nın işçiləri Fərid bəyə və Vilayət bəyə, AVMVIB Zəndilan rayon şöbəsinin üzvləri, AVMVİB Cəbrayıl şöbəsinin sədr müavini İlham Səfərova, AVMVİB Sumqayıt şöbəsinin sədri Teymuraz müəllimə, Qubadlı şöbəsinin sədri Təyyar Eminova, (həm də işləyən gənclərimizə su, siqaret alıb gətirmişdilər) və sonda AVMVİB Zəngilan rayon şöbəsinin xahişini yerə salmayaraq təmənnasız TIR göndərən «ƏRKİVAN TRANSPORT» şirkətinin prezidenti Abdulla müəllimə minnətdarlığını bildirib.

Həmçinin sədr bildirib ki, Naxçıvan sakinləri Vaqif Shahsuvarovun rəhbərliyi ilə 3500 ədəd qum kisəsi alıb gətirənlərə, 2-ci Tırı təşkil edən Nicat bəyə və bu təkərləri təmənnasız olaraq ön cəbhəyə göndərmək üçün verən Valeh və Əli qardaşlara öz dərin təşəkkürümüzü bildiririk.


Xatırladaq ki, 44 günlük Vətən müharibəsi öncəsi də AVMVİB Zəngilan rayon şöbəsi bu aksiyaya başladı və 10 minlərlə təkər ön xəttdə dayanan əsgərlərimizə çatdırıldı.


Fedai.az

Bu xəbəri paylaşın: