«Qarabağ» Çempionlar Liqasının pley-offunda

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferentsvaroş”la qarşılaşıb.

 Ağdam təmsilçisi cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Qeyd edək ki, Bakıdakı ilk oyun 1:1 hesabı ilə  nəticələnmişdi.

9 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:00. «Ferentsvaroş» (Macarıstan) — “Qarabağ” (Azərbaycan) — 1:3

Qollar: Abdullah Zubir, 7 (0:1), İbrahima Vadji, 54 (0:2), 78 (0:3), Traore, 86 (1:3)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)


Budapeşt. “Ferensvaroş” stadionu


İlk oyun – 1:1

Bu xəbəri paylaşın: