İran prezidenti Paşinyanla danışıb

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Qafqaz.media-nın İRNA-ya istinadla xəbərinə görə, telefon danışığı zamanı tərəflər qarşlılıqlı əlaqələri müzakirə ediblər.

“Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur” – deyə Rəisi qeyd edib.

Nikol Paşinyan telefon danışığı zamanı Azərbaycanla sərhəddə baş verən qarşıdurmalar barədə məlumat verib.

Bu xəbəri paylaşın: