Öldürülmüş erməni hərbçilərinin valideynləri etiraz aksiyası keçirib

44 günlük müharibə zamanı həlak olan erməni hərbçilərin valideynləri avqustun 10-da səhər saatlarından etibarən Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirirlər.

Onlar Ermənistanın müdafiə naziri Suren Papikyan və oğullarının ölümündə ittiham olunan Ağdərə (Mardakert) 5-ci müdafiə bölgəsinin 4-cü alayının komandiri Pavlik Kyaramyanla görüş tələb edirlər. Onlar Pavlik Kyaramyanın birinci dərəcəli “Döyüş xaçı” medalı ilə təltif edilməsindən hiddətləniblər.

İki saatlıq etirazdan sonra şöbədə vəziyyət gərginləşib. Bu, valideynlərin dediyinə görə, onlara Suren Papikyanın yerində olmadığı və görüşməyə vaxtı olmadığı bildirilib. Etirazçılar iki saata yaxındır onları heç kimin qəbul etməməsindən hiddətləniblər.

Onu da əlavə edək ki, müharibə zamanı Ağdərə (Mardakert) 5-ci müdafiə bölgəsinin 4-cü alayının 37 hərbçisi ölüb, əsgərlərin yarıdan çoxu müharibədən bir il keçdikdən sonra dəfn olunub.

Elnur Səlim

Mənbə: Armininfo.info

Bu xəbəri paylaşın: