Qərbin Azərbaycana qarşı bədnam ikili standartları sirr deyil. Vətən Müharibəsindən əvvəl və sonrakı dövrlərdə bunları aydın, açıq şəkildə görmüşük və görməkdə davam edirik. Bunların arasında müharibə və müharibədən sonrakı dövrdə beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistanın cinayətkar təcavüzünü açıq şəkildə dəstəkləyən bir Fransa gördük.
Baxmayaraq ki, münaqişənin sülh yolu ilə həlli üçün yaradılan ATƏT-in indi tarixin arxivinə göndərilmiş Minsk qrupunun həmsədrlərindən biri idi.
Rəsmi dil ilə ifadə etsək Paris, digər dünya ölkələri kimi Azərbaycanın ərazi bütövlüyünü müdafiə etsə də, amma bilindiyi kimi, əməl ilə hərəkətləri fərqli olurdu.
Ayrı-ayrı fransız əsilli avropalıların Azərbaycana qarşı ədalətsiz mövqeyi bu gün də davam edir.
Fransalı Avropa Parlamentinin deputatı Natali Luazonun adı Azərbaycan auditoriyasına senator Valeri Boyer qədər tanınmasa da, erməni ağalarına qulluq məsələsində o, heç bir mənada sonuncudan geri qalmır.
Ermənilərə, daha doğrusu, onların səxavətli “hədiyyələrinə” olan məhəbbət Natalinin gözlərini elə tutub ki, o, həqiqəti yalandan, şəri yaxşıdan, təcavüzkarı təcavüzə məruz qalandan ayıra bilmir.

Onun əndazə aşması o səviyyəyə çatıb ki, özünün “Twitter” mikrobloqunda Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin Zəngəzur rayonu ilə bağlı yazısına münasibət bildirib (https://www.panorama.am/ru/news/2022/01/14/).
Bu sözün həqiqi mənasında savadsız, tarixdən və gündəlik mövzudan bixəbərdir ki, 10 noyabr 2020-ci il tarixdə imzalanmış “Sülh Müqaviləsi”ndən (Ermənistan da imzalayıb), Zəngəzurun 1920-ci ildə bolşevik-kommunust Kreml tərəfindən azərbaycan xalqının razılığı olmadan ermənilərə “hədiyyə” edildiyi haqda məlumatı yoxdur
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və hər fürsətdə alovlanması ilə yanaşı, Azərbaycan bunda böyük imkanlar görür və deyəsən, dayanıb əldə olunanlarla kifayətlənmək istəmir. Onu kim dayandıracaq, Ermənistanı kim qoruyacaq? Biz eyni vaxtda bir neçə böhranı izləyə bilmərik?”, – deyə Avropa Parlamentinin deputatı yazıb. Qeyd edək ki, R.Mustafayev statusunda İrəvanda hakimiyyətə gələn erməni kommunist hökumətinə dəstək məqsədilə 1920-ci il dekabrın 2-də Zəngəzurun qanunsuz olaraq Ermənistana birləşdirildiyini yazıb.
Necə deyərlər, ağaları pul veriblər, ona görə də erməni motivli musiqi sifariş ediblər. Yeri gəlmişkən, bu, Natali Luazonun Fransadakı səfirimiz Rəhman Mustafayevə qarşı ilk hücumu deyil. Bu ilin yanvarında o, səfir yazısına da savadsız və qərəzli reaksiya vermişdi.
Səfir R. Mustafayev yazısında rəsmi Bakının, ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasına imkan verməyəcəyi ilə bağlı bəyanatını bölüşmüşdü.
“Cənab səfir, diplomatiya, ilk növbədə, xidmət etmək şərəfinə layiq olduğunuz ölkəyə hörmətdən ibarətdir. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir, amma siz ondan imtina edirsiniz. Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, atəşkəs rejiminə əməl edilmir”, – Luazo yazıb.
Çox maraqlıdır Madam Luazonun məntiqi heç də erməni məntiqindən geri qalmır. Hörmətsizlik nədir? Azərbaycan heç bir vasitəçi olmadan problemi həll etdi, işğalçı erməni ordusundan torpaqlarını azad etdi, budumu sizin nəzərdə tutduğunuz “hörmətsizlik”?
Bundan sonra ATƏT Minsk qrupunun “xidmətinə” ehtiyac qalmadı. Madam Luazo sizin ermənilər ilə ünsiyyətiniz gerçəkdən izsiz ötüşməyib və Avropa Parlamenti deputatının məntiqinə pis təsir edib. Madam Luazo artıq erməni məntiqə düşünməyə başlayıb: “Dünyanın harasında erməni kilsəsi varsa, ora “qədim” erməni torpağıdır. Bravo Madam Luazo, ermənilər sizə artıq “Müqəddəs Yalan” ordenini təqdim edə bilərlər.
İndi isə Luazonun qeyd etdiyi diplomatiya və “hörmətə” gəlincə, qeyd edək ki, Azərbaycana qarşı hörmətsizliyi bu xanım etmişdir.
İşğalçı erməni ordusunun biabırçı məğlubiyyətindən sonra qanunsuz olaraq Qarabağ bölgəsinə səfər edib və bu ilin aprelində “Artsax televiziyası”na müsahibə verib. O qeyd edib ki, müharibədən sonra “artsaxa” səfəri zamanı o, “respublika”ya nə qədər insanın qayıtdığını və bu torpağın onlar üçün nə qədər önəmli olduğunu şəxsən görüb. “Bu, şübhə altına alınmamalı olan bir şeydir. Bu onların torpağıdır, bura sizin torpağınızdır. Sizin də öz torpağınızda qalmaq üçün güclü iradəniz var”, – Avropa Parlamentinin deputatı bildirib.
Bir daha madam Luazo, Avropa Parlamentinin deputatının savadsızlığı bizi heyrətə gətitrir. Azərbaycan hər zaman Qarabağ İqtisadi rayonunda yaşayan erməni xalqının Azərbaycan vətəndaşları olduğunu qeyd edib. Azərbaycan Respublikası ərazisində yaşayan digər xalqlar kimi Konstitusiya hüquqlarına malik olacaqlarını vurğulayıb. Azərbaycan Respublikasının qanunlarını qəbul edən və yaşamaq istəyən buyursun qalsın, yaşasın. İstəməyən valisini hazırlasın və vağzala…
Məlumatlara görə Orta əsrlərdən başlayaraq Fransada 500.000 yaxın erməni məskunlaşıb. Onlardan 200.000 yaxın Parisdə, 100.000 Lionda, 100.000 Marseldə yaşayır. Qarabağda cəmisi 25.000 erməni yaşayır. Fransada olan erməni “dostlarına” təklif edərdik ki, ermənilərə olan “sevgilərinin” ifadəsi kimi onlara Fransada, Marsel şəhərində dövlət yaratmaq şansı versinlər və dövlətin adı “Marselçax” adlandırılsın. Azərbaycan ictimaiyyəti bu təklifi müdafiə edər.
Vahidov Qurban
Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü