Daha bir deputat «sürücü statusu» yazıb

Milli Məclisin Qaradağdan təmsil olunan deputatı Aydın Hüseynov üç cümləlik feysbuk statusunda onlarla səhvə yol verib.

Deputatın öz profilində Qaradağ rayonunun Ələt qəsəbəsində keçirilən görüşdən paylaşdığı statusu sosial şəbəkələrdə gülüşə səbəb olub.

Sosial şəbəkələrdə deputat Aydın Hüseynovun da statusunun həmkarları kimi sürücüsü tərəfindən yazıldığı barədə iddialar ortaya atılıb.

Statusun yazılmasından təqribən 7 saat vaxt keçməsinə baxmayaraq, Azərbaycan saytlarının yazdığına görə, hələ də yol verilən ciddi hərf və cümlə səhvləri aradan qaldırılmayıb.

Bu xəbəri paylaşın: