Üzdəniraq Arayikin yeni sərsəmliyi: «Güclü silahlanmaq və Qarabağın müstəqilliyindən dönməmək lazımdır»

Qarabağdakı erməni quldur dəstəsinin başçısı Arayik Arutyunyan yenə sərsəm açıqlama verib.

Avqustun 13-də Xocavənd rayonunun Çartar kəndində bir qrup separatçı ilə görüşən Arutyunyan onlara “ürək-dirək” verməyə çalışıb.

“Vaxtaşırı təxribat xarakterli hərəkətlər Qarabağı ermənilərdən azad etməyə, həm üçtərəfli bəyanatla bərqərar olmuş kövrək sülhü, həm də bu sülhü qorumaq funksiyasını öz üzərinə götürmüş Rusiya sülhməramlı qüvvələrinin missiyasını dəyərdən salmağa yönəlib.

Möhkəm təmkinlə silahlanmaq və Qarabağın müstəqillik yolundan dönməmək lazımdır. Hakimiyyət sabit gələcəyə zəmanət verir və firavan həyat üçün lazım olan şəraiti təmin edəcək, mövcud təhlükəsizlik problemlərinin həllində mümkün olan bütün səyləri davam etdirəcək”, – separatçı tör-töküntülərinin lideri deyib.

Xuraman Etibarlı,

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: