Müharibə veteranı çıxılmaz duruma görə müraciət edib

52 yaşlı, Qarabağ müharibəsi veteranı Nazim Cəfərov böyrəyini sosial şəbəkədə satışa çıxarıb.

O, bu elanı maddi imkansızlıqdan paylaşdığını deyir. Cəfərovun özünün səhhətində olan problemlərlə yanaşı, yoldaşı da xəstədir. Lakin onun nə özünə əllilik statusu verilir, nə də yoldaşına yardım edilir. Bu məlumatı Anews.az saytı yayıb.

Onsuz da bu məmləkətin gülünü dərənlərdən imdad gözləməyə dəyməz. Amma döyüşçülərə səslənirik. Ümidimiz 87 minlik Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvlərinədir. Döyüşçümüzə yardım edin. Kartı əlavə edirik.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini Qurban Osmanov məlumat verib və bildirib ki, Nazim Cəfərov AVMVİB üzvüdür. «Hamı bir nəfər üçün» desək qardaşımızı bu sıxıntıdan qurtara bilərik.

Bəlkə də «nə edim, necə edim?» durumuna düşən veteranımıza kömək etmək hər birimizin borcudur.

«Fedai.az»

Bu xəbəri paylaşın: