SOS: Qazi İcra Hakimiyyətinin qarşısında özünü YANDIRDI

Samuxda qazi intihara cəhd edib.

Hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Təbriz Abdullayev icranın qarşısında benzin törkərək özünü yandırıb.

Yanıq xəsarətləri alan T.Abdulayev Gəncə şəhərində yerləşən  xəstəxanaların birinə  yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, T.Abdullayevin 44 günlük vətən müharibəsinin qazisi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Samux sakininin icra hakimiyyətinin binasının önündə intihara cəhd etməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, T.Abdullayevin 44 günlük vətən müharibəsinin qazisi olduğu bildirilir.

Bu xəbəri paylaşın: