Bu gün aldığımız bir məlumata görə, Donetskdə “Pyatnaşka” terror birləşməsinin yerləşdiyi baza vurulub.
Bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Hazırda Luqanskda döyüşən məşhur “Pyatnaşki” beynəlmiləl quldur dəstəsinin bazası yanır. Çoxlu sayda ölü və yaralı var, texnikalar məhv edilib”, – Qayday bildirib.
Xatırladaq ki, “Pyatnaşka” terrorçu dəstəsinin rəhbəri məşhur terrorçu “Abxaz” ləqəbli Axra Avidzbadır. İkinci Qarabağ müharibəsi zamanı Avidzba Abxaziyadakı Baqramyan batalyonunun keçmiş üzvlərinin iştirakı ilə xüsusi batalyon yaradaraq Qarabağa göndərmişdi. Lakin buna baxmayaraq, Axra Avidzbanın haqqında maraqlı bir məlumatı 19 mart 2021-ci ildə «Qarabağ ermənilərini Abxaziyaya köçürülməsi layihəsi niyə pozulub?» adlı məqalə vermişdik. Rusiyanın separatçı əlaltısı haqqında verdiyimiz məqaləni bir daha diqqətinizə təqdim edirik…
Donbasda separatçılarla birgə döyüşlərdə iştirak etmiş, Donbasın milli qəhrəmanı və Abxaziya «prezidentinin» keçmiş köməkçisi olan Axra Avidzba Suxumidə həbs olunduqdan sonra pullu ermənipərəst təbliğatçılar (Semyon Peqov xislətli) onun müdafiəsinə qalxdılar. Çoxları 11 martda Suxumidəki Avidzbanın sərbəst buraxılmasını tələb edən bir «Maydanın» olacağını proqnozlaşdırırdı və separatçı səlahiyyətlilər hətta müəyyən qabaqlayıcı tədbirlər görmüşdülər.
Ancaq «Maydan» baş vermədi və qondarma Abxaziyada qondarma «texniki kurator»un bir «erməni layihəsi» olması bir daha öz təsdiqini tapdı. Bu layihəyə, separatçı Abxaziya ərazisinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan etnik erməniləri köçürərək məskunlaşdırılması üçün düşünülmüş bir «erməni layihəsi» idi.
Başlanğıcda «kurator»un seçimi bəlli idi. Axra Avidzba yalnız Donbasdakı soyğunçuluq və talançılıqla «məşhur» bir döyüşçü deyil, həm də Soçi şəhərinin vətəndaşıdır və Soçinin erməni icması, həmçinin bütövlükdə Krasnodar bölgəsi ilə sıx əlaqələri vardı.
Avidzba, ermənilərin Abxaziyaya köçürülməsini açıq şəkildə dəstəkləyən yeganə Abxaziya məmuru idi. Çünki birinci arvadının erməni olması səbəbiylə ermənilərlə sıx əlaqələri mövcuddur. Ermənilərin Abxaziyaya köçürülməsi layihəsi üçün separatçı Abxaziyaya Rusiya Federasiyasından maliyyə yardımı çərçivəsində 25 milyon dollar ayrılmışdı, eyni zamanda erməni diaspora təşkilatları və cinayət strukturları, əsasən də Stavropol və Krasnodar bölgəsindən maliyyə yardımları ayrılmalı idi.
Axra Avidzba, erməni lobbisi tərəfindən, həm ermənilərin köçürülməsinin, həm də sonrakı erməni muxtariyyətinin yaradılmasının qeyri-rəsmi kuratoru təyin edildi. Buna görə, yoxsulluqdan əziyyət çəkən Abxaziyaya gələcək kosmik miqdarda maliyyə axınları bunun əlindən gəlib keçməli idi. Ancaq görünür «etimadı doğrultmadı.»
Avidzbanın soyğunçuluq vərdişinə sadiq qalaraq, sadəcə “axmaqlıqla” ermənilərin köçürülməsi üçün ayrılan pulları “yersiz” xərcləməyə başladığı istisna deyil. Separatçıların həddindən artıq xəsislikləri, təkəbbür, soyğun və talançılıqdakı «istedadları» bütün sahələrdə özünü göstərib.
Ermənilər «bölgəyə ermənilərin köçürülməsi layihəsi»ni, heç də “ört-basdır edərək”, ləğv etmək qərarına gəlməyiblər. Sadəcə yerli kuratorun dəyişdirilməsinə qərar veriblər.
