Erməni mətbuatı erməni vandalizmindən fəxarətlə yazırlar

Qarabağın Azərbaycanın nəzarətinə keçməli olan Sus kəndində 12 ailədən yalnız bir tək qadın qalıb ki, o da avqustun 25-də kəndi tərk edəcək. Bunu Tert.am-a müsahibəsində icmanın rəhbəri Mxitar Nersisyan deyib.

“Sakinlər daha çox Ermənistana köçürülüb. Bir sakin Qarabağda qalmaq istəyirdi, biz onu burada yerləşdirmək üçün hakimiyyətlə əməkdaşlıq edirik. Avqustun 25-dək burada yaşayan sakinlərə mənzil almaq üçün arayış veriləcək”, — deyə kənd rəhbəri bildirib.

Sus sakinlərinin evlərinin yandırılması ilə bağlı təhdidlər və ya yardımdan məhrum edilmələri barədə danışıblarmı sualına Nersisyan deyib ki, kənd sakinləri evlərini tərk etməzdən əvvəl onları xarabalığa çeviriblər, hətta məktəb binasını söküblər ki, azərbaycanlılar istifadə edə bilməsinlər. Amma evin sakinlərindən heç biri yandırmayıb.

“Müharibədən sonra belə şəraitdə kəndin Azərbaycana veriləcəyini ağlımıza belə gətirmirdik, düşünürdük ki, biz məskunlaşacağıq, yerləşəcəyik, sakinlər normal həyat sürəcəklər. Düşünürdük ki, demarkasiya və delimitasiya aparacaqlar, amma mən orada idim, bu ərazilərə baxdım, heç nə edilməyib, işçilər yox idi”, — Mxitar Nersisyan bildirib.

O, həmçinin bildirib ki, kənd sakinləri əcdadlarının qalıqlarını köçürməyə məcbur olublar. Xaçkarlar, abidələr də kənddən çıxarılıb.

Bu xəbəri paylaşın: