Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov Azərbaycan İstilik Elektrik Stansiyası MMC-də çalışan müharibə veteranları adından ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanlayaraq «Azərenerji» ASC — nin prezidenti Baba Rzayevin bu sahəyə təyinatından sonra əsaslı dəyişikliklərdən öz məmnunluqlarını bildiriblər.
Natiq Həsənov bildirib ki, dövlətimizin diqqət və qayğısı ilə bütün sahələrdə olduğu kimi strateji sahə olan enerji sahəsi də əsaslı inkişaf dövrünü yaşayır. Bu inkişaf xəttinin arxasında Azərbaycan energetikası sahəsində uğurlu dövlət siyasəti durur.

Hörmətli Baba Rzayevin bu sahəyə təyinatından sonra Azərbaycan Istilik Elektrik Stansiyası MMC-nin bütün regional şöbələrində dinamik şəkildə əsaslı islahatlar həyata keçirilmişdir. “Azərbaycan” İES-in yenidənqurma işləri yekunlaşıb. Ərazidə salınmış gözəl park, «Şəhidlər» postamenti, «1941-1945-ci il Böyük Vətən Müharibəsi» iştirakçılarının xatirəsinə ucaldılmış abidə, Ulu Öndərin abidəsi müəssisədə çalışan Qarabağ müharibəsi veteranlarına qürur verir. Bu abidələr müəssisəmizdə çalışan gənclərimizdə Vətənə sevgi aşılayır və Vətən uğrunda mübarizəyə səsləyir.
19.08.2022-ci il tarixində Baba Rzayev «Azərbaycan IES» MMC-də oldu, yeni enerji bloklarının tikilməsinə müvafiq göstəriş və tövsiyyələrini verdi. Xüsusən də müəssisədə çalışan müharibə veteranları və bu qəbildən olan insanlara da diqqət və qayğı durmadan artır. Müəssisədə yaradılmış iş şəraiti bu gün standartlara cavab verir. Bütün bunlara görə Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsi, Möhtərəm Prezidentimizin daxili siyasətini bəyənir və müdafiə edir.
Məhz buna görə də daxili siyasətin əsas xəttini isə kadrların seçilməsi və yerləşdirilməsi əsas amil hesab olması, Baba Rzayevin timsalında uğurlu kadr siyasəti buna bariz nümunədir.
Xatırladırıq ki, «Azərbaycan IES» MMC-də 200 nəfərdən çox Qarabağ müharibəsi veteranı çalışır. Onların sosial problemlərinin həllində, ordumuzla bağlı bayram günlərində, eləcə də müharibə veteranlarının və şəhid ailələrinin əmək fəaliyyətlərinin təşkilində Baba Rzayev yaxından və bilavasitə iştirak edir.
