İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Əlahiddə Çevik alayında öz -dəst xətt olan , yüksək peşəkarlığı, hümanistliyi, səmimiyyəti, vətənpərvərliyi, dərin zəkası və gözəl nitq qabiliyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və polis orqanlarında keçirən ehtiyatda olan polkovnik Rəcəbov Rəcəb Oktay oğludur. Avqust ayının 25 -də onun 55 yaşı tamam oldu.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan polkovnik Rəcəb Rəcəbovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insanüçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik Rəcəbov Rəcəb Oktay oğlu 1967 -ci ilin avqust ayının 25 də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb.
1984 -cü ildə Bakı şəhərində orta məktəbi, 1991- ci ildə Bakı Dövlət Universitetini, 1993 -cü ildə Bakı Ali Hərbi Birləşmiş Kamandirlər məktəbini ( iki ilik Zabitlər hazırlayan kursu) bitrib.O, 1994- 2014 -cü ilərdə Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komando — qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
Rəcəb Rəcəbov 1994- 2014 -cü ilərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Mətbuat xidmətində (mərkəzində), Mənəvi pisxoloji hazırlığı (tərbiyə ) şöbəsində baş zabit, Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində (hərbi hospitalında hospital rəisinin ) hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, 2014- 2019 -cu illərdə isə Daxili İşlər Nazirinin hərbi məsələr üzrə köməkçisi xidmətində müvafiq rəhbər vəzifələrdə, DİN-in Əlahiddə Çevik Alayında isə Alay komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Rəcəb Rəcəbov 1986- 1988 — ci ilərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Hərbi Nizamnaməlirin, Daxili İşlər Nazirliyinin Post — patrul , Daxili Qoşunların isə Döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizə də, silahlı dəstələrin zərərsizləşdirilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, karantin rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi və Polis xidməti vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, şöbə (xidmət) rəisinin, Hərbi komandirinin müvafiq əmrləri ilə «Əla Ximələrə görə » döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Dövlətin ərazi bütövlüyün təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai əsayişin mühafazisində, beynəlxalq əhmiyyətli tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində, xüsusi vəzifə və tapşırıqların yerinə yetirilməsində fəriqləndiyinə görə polkovnik Rəcəbov Rəcəb Oktay oğlu aşağıdakı medalarla təltif edilib.:
-«İgidliyə görə » medalı ilə;
-Silahlı Qüvvələrin yaranmasının » ( 1991 -2001) 10 illiyi medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının » ( 1918- 2008) 90 illiyi medalı ilə;
— » Silahlı Qüvvələrin yaranmasının » ( 1918 -2013 ) 95 illiyi yubiley medalı ilə;
» Azərbaycan Polisinin yaranmasının » ( 1918- 2018) yubiley nişanları ilə;
—«Polis Veteranı » medalı ilə
-«Qüsursuz xidmətə görə » 1-ci dərəcəli medal ilə;
-» Qüsursuz xidmətə görə » 2- ci dərəcəli medal ilə;
-Qüsursuz xidmətə görə » 3-cü dərəcəli medal ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏCƏB BƏY.
100 (yüz) yaşa, Sağlam yaşa.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

