Həkimlik ən gözəl, ən şərəfli peşələrdən biridir. İnsanların sağlamlığı üçün daima çalışan insanlar seçilən və sevilən insanlardandır. Siz də öz insanlığınız,peşənizə olan sevginizlə sənətinizi daim dürüst bir şəkildə yerinə yetirərək sevilən seçilən insanlardan olmusuz və olacaqsız. Arzu edirəm daim zirvələrdə, yüksəklərdə olasınız. Bu gün coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu amma yorğun bir il daha ötüb keçir həyatınızdan. Ad gününüz mübarək olsun dəyərli həkim. Arzu edirəm yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayasız, ən yaxşı layiqli zirvələrdə olasız. Ən əsası sizə uzun və sağlam ömür arzu edirəm. Sevdiklərinizlə, yaxınlarınızla gözəl günlər keçirəcəyiniz illərin, günlərin sayı çox olsun.
Siz o insanlardansınız ki, daima xalqa xidmət göstərən,peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansınız. Böyük ürəyə sahib peşəkar, təcrübəli və zəhmətkeş həkimsiz, yaxşı dinləyicisiz. Siz çevrənizdəki insanlara hər zaman ilham verdiniz və onları hər zaman dəstəkləyib doğru yönləndirdiniz.
Ad günləri yeni başlanğıc və hədəflər üçün özəl bir gündür.
Mehriban həkim, avqust ayının 26-da sizin 51 yaşınız tamam olur. Bu gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları (AVMVİB) rəhbərliyi Sizi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər, şərəfli və fədakar fəaliyyətinizdə uğurlar arzulayır. Yaşının üstə gələn bu yaş, Sizə sevinc dolu illər bəxş etsin, hər yeni gün isə istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


Ali həkim dərəcəsinə malik olan, Tibb xidməti polkovniki Quliyeva Mehriban Tofiq qızı 1971-ci ilin avqust ayının 26 da Bakı şəhərində anadan olub .
1988-ci ildə Bakı şəhərində 20 saylı orta məktəbi, 1994 -cü ildə Azərbaycan Dövlət Tibb Universitetini, 2010-cu ildə Türkiyənin Gülhane Tibb Akademiyasını bitirib. O, Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalnda xidmət etdiyi illər ərzində bir necə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
O, öz ixtisası üzrə 1994 — 2014 — cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hospitalının reanimasiya şöbəsində baş ordinator, əməliyyat blokunun rəisi, 2014-2021-ci illərdə isə Müdafiə Nazirliyinin Hərbi Həkim komisiyyasının sədr müavini, Müdafiə Nazirliyinin Hərbi-Tibb Baş İdarəsinin Mərkəzi Poliklinikasının rəisi, Müdafiə Nazirliyinin Hərbi Tibb fakültəsində kafedra rəisi vəzifəsində Vətənə Dövlətə və Xalqa, sədaqətlə xidmət edib
Mehriban Həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümnə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.



Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər və Müdafiə Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəisinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlaçı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— “ Hərbi xidmətlərə görə”
— “Silahlı Qüvvələrin Veteranı “ medalı ilə;
— “ Hərbi xidmətdə “ fərqləndiyinə görə 1-ci dərəcəli medalla;
— “ Hərbi xidmətdə “ fərqləndiyinə görə 2-ci dərəcəli medalla;
— “ Hərbi xidmətdə “ fərqləndiyinə görə 3-cü dərəcəli medalla;
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
— » Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi ( 1918 — 2013 ) yubiley medalı ilə;
— » Silahlı Qüvvələrin yaranmasının» 100 illiyi ( 1918 — 2018) yubiley medalı ilə;
-«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə
— Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;
— Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
-» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə
— Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
MEHRİBAN HƏKİM 51 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev


