Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovun 57 yaşı tamam oldu.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi və Fədai.az kollektivi Natiq Həsənovu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.



Natiq Həsənov xeyli vaxtdır ki, Mingəçevir şəhər şöbəsinə rəhbərlik edir, onun rəhbərlik etdiyi Mingəçevir şəhər şöbəsi bölgələrdə fəaliyyət göstərən fəal şöbələrimizdən sayılır. Bölgə veteranlarının, o cümlədən şəhid ailələrinin problemlərinin həllində daim öndədir. Təşkilatın orqanı olan Fedai.az saytı ilə sıx əlaqələr qurmağı bacaran az saylı şöbə sədrlərimizdəndir. Müharibə iştirakçılarının və şəhid ailələrinin problemini öz şəxsi problemindən önəmli sayır. Onun bu ictimai fəallığı AVMVİB tərəfindən dəfələrlə Fəxri fərman və Xatirə medallarıyla təltif edilib.



Bir daha üharibə veteranı Natiq Həsənovu ad günü münasibətiylə təbrik edir, uzun ömür, can sağlığı və azad edilmiş torpaqlarımızda xoş günlər keçirməsini arzu edirik.
Bütün gözəlliklər sənin olsun və 100 yaşa!


