Türkiyənin Zəfər Bayramı günüdür!

1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.

Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.

İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.

Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.

O günlərdən günümüzə gəlib çatan bir savaş səhnəsini sizlərə təqdim edirik.

27 AVQUST 1922- Cİ İL: ÇİĞİLTƏPƏ HADİSƏSİ… ALBAY RƏŞATIN İNTİHAR ETMƏSİ…

Böyük hücum əməliyyatı 26 avqust 1922-ci ildə başladı. Türk ordusu hücum edərək irəliləyirdi. Yalnız Çiğiltəpədə 57-ci Diviziya Yunan ordusunun müqavimətini qıra bilmirdi. Avqustun 27-də səhər saatlarında Çiğiltəpə ələ keçirilə bilmədiyi üçün bəzi digər birliklər olduqları yerdən növbəti hədəfə gedə bilmirdilər. Bu vəziyyət Türkiyə Ordusu üçün təhlükə demək idi. Baş komandan Mustafa Kamal Paşa daha dözə bilmədi. O, böyük üzüntüylə telefonu qaldırdı. 57-ci diviziya komandiri polkovnik Reşatla Çiğiltəpədə telefonla danışdı.

Mustafa Kamal:

–Reşat bəy, bu mühüm təpəni nə vaxt alacaqsınız?

-Komandanım, yarım saata alarıq.

-Sənə uğurlar arzu edirəm.

Mustafa Kamal:

— Düşmənin hələ də müqavimət göstərdiyini görürəm. Gözümüz o təpədədir, bu mövqe çox önəmlidir.

– Komandanım təpəyə düşmən bölüyü yığılıb, müqavimət göstərir. Amma alacağıq, komandanım, mütləq alacağıq.

Mustafa Kamal yarım saat sonra yenidən aradı.

Telefona polkovnik Rəşat bəyin adyutantı baş leytenant Kaplangı çıxdı.

— Mən Reşat bəyi istəyirəm.

– Komandanım Rəşat bəy, sizə məktub qoyub intihar etdi. Mən oxuyuram, cənab:

-Yarım saat ərzində bu təpəni alacağıma söz versəm də sözümü tuta bilmədiyimə görə, yaşaya bilmərəm, komandanım.

Mustafa Kamalın gözündən yaş gəlir və deyir:

-Allah rəhmət eləsin, Rəşat bəy böyük bir vətənpərvərdir.

Axşam saat 17.00 radələrində Baş Komandan Mustafa Kamal Paşanın telefonuna zəng gəlir:

— Çiğiltəpə alınıb, bəy. Arxasında yüzlərlə ölü qoyan düşmən, Sincanlı düzünə doğru qaçır.

Düşmən Çiğiltəpəni tərk edib qaçmağa başlayan kimi Rəşat bəyin cansız bədəni öz vəzifəsini yerinə yetirməyin hüzurunu daşıyırdı. O, sağ gicgahına silah tutaraq bir anda tətiyi çəkmişdi. O, bir gün sonra Sandıklıda dəfn edildi.

Cəbhədən cəbhəyə atılaraq döyüşdüyündən heç evlənməyə vaxt tapa bilməmişdi. Bir gün övladlarınız, nəvələrinizlə Çiğiltəpədə dayanın… Polkovnik Rəşat bəyin səsini eşidəcəksiniz… Qanla yaşıllaşan bu torpaqların dəyərini ürəyinizdə hiss edəcəksiniz… O qəhrəmanlar, Mustafa Kamal və yoldaşları olmasaydı, Türkiyə illər əvvəl Əfqanıstana dönərdi.

Alıntı: Mustafa Halıcı (Fb)

Bu xəbəri paylaşın: