Xersonda küçə döyüşləri gedir — Video

Səhər saatlarından başlayaraq Xerson şəhəri ətrafında atışmalar başlayıb.

Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, şəhərin bəzi rayonlarında avtomat silahlardan, eləcə də lüləaltı qumbaralardan istifadə olunub.

Xersondakı “MOST” nəşri isə Tavriya və Severnıy mikrorayonlarında küçə döyüşlərinin getdiyini yazıb.

Mənbə: Axar.az

Bu xəbəri paylaşın: