Qarabağ separatçılarının keçmiş komandiri həbs edilib.
Уrməni KİV-lərinin yazdığına görə, Qarabağdan Ermənistana gedərkən Qarabağdakı erməni separatçılarının keçmiş komandanı, indiki “prezident”in baş müşaviri, general-mayor Mikael Arzumanyan tutulub.
Məlumata görə, o, Ermənistan İstintaq Komitəsinin Hərbi İdarəsinin müstəntiqlərinin göstərişi ilə tutularaq nəzarətə götürülüb.
Qeyd edək ki, Mikael Arzumanyan Xankəndidə doğulub. 1991-1995-ci illərdə rota komandirinin müavini, batalyon komandiri, alay komandiri. 1995-1999-cu illərdə ayrıca kəşfiyyat batalyonuna komandirlik edib. Füzuli, Ağdərə, Əsgəran, Kəlbəcər rayonlarını işğal və qırğınlarında yaxından iştirak edib.
Xuraman Etibarlı
Mənbə: KONKRET.az