AVMVİB Yardımlı rayon şöbəsi xeyirxah əməllərini davam etdirib

Dərs ilinin başlaması ilə əlaqədar bir neçə aztəminatlı ailə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinə uşaqlarının məktəbli geyimiylə təmin olunması ilə bağlı müraciət edib.

Bu gün həmin şəxslərdən, iki nəfər Gavran kəndindən, bir nəfər isə Yardımlı qəsəbəsindən olmaqla geyimlə təmin edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

Mayılxan Əliyev verilən bu dəstəyə görə xeyriyyəçi şəxslərə təşəkkür edib. Həmin xeyriyyəçilər öz adlarının qeyd edilməsini istəmədilər.

Bu işin davamlı olması üçün imkanlı və xeyriyyəçi şəxslərdən dəstək gözləyirik.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: