Bir qrup müharibə veteranı «Sabunçu Tibb Mərkəzi» Publik Hüquqi Şəxsində müayinə olunub və onlara göstərilən diqqət və qayğıya görə Mərkəzin müharibə iştirakçıları ilə iş üzrə mütəxəssislərə öz minnətdarlıqlarını bildiriblər.
Bu barədə Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev məlumat verib.
Müşfiq Əliyev bildirib ki, tibb mərkəzində müharibə iştirakçılarına münasibət ideal səviyyədədir. Görüşdüyümüz «Sabunçu Tibb Mərkəzi» Publik Hüquqi Şəxsinin direktoru Fikrət Zeynalova, Mərkəzin müharibə iştirakçıları ilə iş üzrə mütəxəssislər Fikrət Mahmudov, Füzuli Məmmədov, Firdovsi Şahbazov, Elçin Manafov, Mədinə Əsədova, Aminə Musazadə, Sara İsgəndərova və digərlərinin bu sahədə danılmaz xidmətləri var. Onlar daim müharibə iştirakçılarının yanındadırlar. Bu qəbul üçün müharibə veteranları adından Sabunçu Tibb Mərkəzinin kollektivinə bir daha öz təşəkkürümüzü bildiririk.
Fedai.az

