AVMVİB Yardımlı rayon şöbəsi daha 4 nəfər uşağı sevindirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsi rayonun Abasabad və Bozayran kəndlərindən olan aztəminatlı ailələrin üzvlərinə yardım etməklə öz xeyriyyəçi missiyasını davam etdirib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

M. Əliyev bildirib ki, bu gün bizə geyimlə əlaqədar müraciət etmiş iki ailədən olan dörd nəfər uşağı sevindirdik. Abasabad kəndindən və Bozayran kəndindən olan aztəminatlı ailələrin istəklərini yardımsevər soydaşlarımızın sayəsində yerinə yetirdik. Bizlərə dəstək olan İsmayılov qardaşlarına və Rasim müəllimə valideynlər, AVMVİB Yardımlı rayon şöbəsi rəhbərliyi və öz adımdan təşəkkürümü bildirirəm.

Nurlan

Bu xəbəri paylaşın: