Şəhidlər Xiyabanında şəhid İslam İdris oğlu Quliyevin şəhadətinin 30 illiyi ilə bağlı mərasim keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.
Ramiz Ağayev bildirdi ki, mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin üzvləri, şəhidin yaxınları və döyüş yoldaşları iştirak ediblər.


AVMVİB Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev şəhid İslam Quliyevin keçdiyi döyüş yolundan və Vətən uğrunda qəhrəmancasına öz canından keçməsindən danışıb. Şəhidlərimizə Allahdan rəhmət diləyib.
Şəhidin məzarı üzərinə güllər qoyulub və ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!

