Beyləqan rayonunda şəhid Mahir Dadaşzadənin şəhadətinin mövludu ilə bağlı mərasim keçirilib.
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, rayon rəhbərliyi və müharibə veteranları iştirak ediblər.


Çıxış edənlər şəhid Mahir Dadaşzadənin 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan və Vətən uğrunda qəhrəmancasına öz canından keçməsindən danışıblar. Şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov şəhid ailəsinə AVMVİB sədri Füzuli Rzaquliyevin adından başsağlığı verərək, ona Fəxri fərman təqdim ediblər.


Şəhid Mahir Dadaşzadə ölümündən sonra «Vətən uğrunda», «Döyüşdə fərqləndiyinə görə», «Füzulinin azad edilməsinə görə» medalları və «»3-cü dərəcəli Rəşadət» ordeni ilə təltif olunub.
Şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan


