AVMVİB general-leytenant Heydər Piriyevi ad günü münasibətiylə təbrik edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi şərəfli döyüş yolu keçmiş, professor, general-leytenant Heydər Piriyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..

Heydər Kamal oğlu Piriyev — 1959-cu il sentyabrın 1-də Qərbi Azərbaycanda — qədim Dağ Borçalının (indiki Ermənistan) Kalinino rayonundakı Soyuqbulaq kəndində anadan olub.


1974-1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbində oxuyub.
1976-1980-cı illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində təhsil alıb.
1980-1991-ci illər SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib.
1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir.
1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, fərqlənmiş, böyük şücaətlər göstərmişdir.

2020-ci il 44 günlük Vətən müharibəsində də misilsiz xidmətləri olub.


Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə bir sıra dövlət mükafatları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən ona general-mayor rütbəsi verilmişdir.

2002-2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi, 2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət etmişdir.

2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinə rektor təyin olunub və həmin vəzifədə şərəflə xidmət edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin üyrədilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır.


Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar.


Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir.


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və Hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir.

Bir daha cənab generalımızı veteranlar adından təbrik edirik!

Füzuli Rzaquliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

Bu xəbəri paylaşın: