General-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Fədai.az APA-ya istinadən xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir

General-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub.

Başqa bir məlumatda deyilənə görə, Müdafiə Nazirliyinin strukturuna daxil olan korpusun hüquqşünası vəzifəsində çalışan Rahib Məmmədov saxlanılıb.

Verilən məlumata görə, R. Məmmədov da «Tərtər işi» ilə bağlı şübhəli şəxs qismində saxlanılıb.

R. Məmmədov daha əvvəl Müdafiə Nazirliyinin Təhqiqat şöbəsinin zabiti olub.

Bu xəbəri paylaşın: