VOLKOV, İDİ DOMOY! Erməni separatçıları az sayla meydana çıxıblar

Sentyabrın 2-də Xankəndinin mərkəzi küçələrinə çıxan separatçıların sayı 1000 nəfərdən az olması müşahidə olunub. Qondarma «DQR» terrorçuları quldur yuvasının 31-ci ildönümü münasibətilə yürüş təşkil ediblər.

Yürüş saat 18:00-da Azadlıq Meydanından başlayıb İntibah Meydanında başa çatıb. Orada bir saat sonra mitinq təşkil olunub.

Yürüşə qondarma Qarabağ parlamentinin deputatları rəhbərlik ediblər. Orada müxalifətin “Ermənistan” və “Mənim şərəfim var” bloklarının nümayəndələri də iştirak edib. Söhbət deputatlar Vahe Akopyan, Qeqam Manukyan və Tiqran Abramyandan gedir.

Bir qrup gənc Qarabağ bayrağını yürüşçülərin önündə aparıblar. Yürüş Qarabağla bağlı mahnılarla müşayiət olunub. Yürüş zamanı birliyə, mübarizəyə çağırışlar səslənib. “Nikol, get get” və “Xain Nikol” şüarları da mütəmadi olaraq eşidilirdi.

Üstəlik xatırladaq ki, Xankəndi hələlik bir rus əyyaşı olan general-mayor Andrey Volkovun başı Haykanuşgildə tut arağı içməyə qarışdığına görə belə erməni həyasızlığını hələ görəcəyik. Volkov, idi domoy!

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: