Ukraynada tibb işçisi 8 nəfər işğalçını necə əsir götürüb?

Ukrayna Silahlı Qüvvələrinin əsir düşərgəsinə daha 8 işğalçı əlavə olunub, bir qrup düşmən tək ukraynalı hərbi həkim tərəfindən əsir götürülüb.

Şahidlərin sözlərinə görə, onlar Ukrayna Silahlı Qüvvələrinin yeni geyim dəstlərini oğurlamağa cəhd edərkən düşmən əsgərlərini ələ keçirə biliblər.

“Yeni forma gətirdilər. Uşaqlar lazımi vaxta qədər onu qoyub mövqelərə getdilər. Daha sonra həkim özü üçün bir şey götürmək üçün qayıtmaq qərarına gəldi və artıq səkkiz işğalçı bizim formalarımızı geyib dolaşırdılar. Birini ayağından güllə ilə vurdu, qalanı qorxusundan təslim oldu. Nəticədə həkim 8 «orki» əsgərini əsir götürdü”, — deyə döyüşçülərdən biri bildirib.

Nurlan

Bu xəbəri paylaşın: