İnsan ücün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də yüksək peşəkarlığı, hümanistliyi, sadəliyi, təşkilatçılıq bacarığı, səmimiyyəti və müsbət xüsusiyyətləri ilə seçilən tibb xidməti mayoru Cəfərova Təranə Həmzə qızıdır. Sentyabr ayının 3-də onun 59 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan tibb xidməti mayoru Cəfərova Təranə Həmzə qızını doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Təranə həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Tibb Xidməti mayoru Təranə Həmzə qızı Cəfərova 1963 — cü ilin sentyabr ayının 3 — də Lənkəran şəhərində zəhmətkeş ailədə dünyaya göz açıb.


1980- ci ildə Lənkəran şəhər 2 nömrəli orta məktəbi, 1987 — ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitrib. Azərbaycan Ordusunda və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində həkimlərin təkmilləşmə kursularında, Daxili Qoşunların Baş İdarəsində və Hərbi hissələrində keçirilən bir çox metodiki — təlim toplanışlarda, Xüsusi -taktiki təlimlərdə, Komando- Qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.
1987- 1991 -ci illərdə Sovet Ordusunun , 1992- 1997- ci illərdə Azərbaycan Ordusunun Lənkəran şəhərində yerləşən hərbi hospitalında həkim, 1998- 2013 — cü illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Lənkəran, Zaqatala və Sabunçu rayonlarında yerləşən hərbi hissələrində Tibb məntəqəsinin rəisi və Tibb Xidməti rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Təranə həkim öz ixtisası üzrə 2014- 2016 — cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində həkim vəzfəsində çalışıb, 2017 — ci ildən etibarən isə Azinko Development MMC — də həkim işləyir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümnə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Cinayətkarlığa qarşı mübarizədə, döyüş və xüsusi əməliyyatlarda, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlət əhmiyətli tədbirlərinin keçirilməsində, mühafizə olunan obyektlərin etibarlı mühafizə edilməsində hərbi hissəyə və ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, pulla, əlaçı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
-» Silahlı Qüvvələrin yaranmasının» ( 1918- 2013) 95 illiyi yubiley medalı ilə ;
— «10 il Qüsursuz xidmətə görə » 3 dərəcəli medal ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TƏRANƏ HƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev


