TƏBRİK: EHTİYATDA OLAN MAYOR BAĞIROV RAMİZ — 45

    Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi ehtiyatda olan mayor Ramiz Bağırovun doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insane ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn buyaş ona sevinc dolu günlər bəxşetsin, hər yeni günü isə ötəngünlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

     Ehtiyatda olan mayor Bağırov Ramiz İsrafil oğlu Naxçıvan şəhərində anadan olub.

O,1994-cü ildə Naxçıvan şəhər 12 nömrəli tam  orta məktəbibitirib.

     2008-ci ildə Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Orta İxtisas Hərbi Məktəbini («taktiki komandanliq «ixtisasıüzrə) bitrib. Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının  Bas İdarəsinin keçirdiyi təlimlərdə, seminarlarda(kurslarda) və konfraslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür.

    Ehtiyatda olan mayor Bağırov Ramiz İsrafil oğlu 1996-1998-ci illərdə Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Naxçıvan şəhərində yerləşən hərbi hissəsində müdddətli həqqi hərbi xidmətdə olub.       

    O, 1999-cu   ildən  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasinda yerləşən hərbi hissəsində taqım komandiri, Bölük komandirinin müavini, bölük komandiri, kəşfiyyat rəisi, qərargah rəisinin döyüş təlimi üzrə müavini və Briqadanın qərargah rəisi vəzifələrində xidmət edib.

    O, peşəkarlığı, humanistliyi və səmərəliliyi ilə secilən ən məhsuldar dövrünün 24 (iyri dörd) ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirib.

Ramiz Bağırov Daxili Qoşunlarda xidmət etdiyi ilərdə ona həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində,  cinayətkarlığa qarşı mübarizədə,   ictimai təhlükəsizliyin təmin edilməsində,  eləcədə xidmət etdiyi hərbi hissənin döyüş bölgələrində olduğu müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.

    Ehtiyatda olan mayor Bağırov Ramiz İsrafil oğlu Xalqa sədaqətlə xidmət etmişdir. O, xidmət etdiyyi dövürdə, bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən, öz səmərəli fəaliyyəti ilə, təşkılatcılıq bacarığı ilə, işgüzarlıgı və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə daimi Daxili Qoşunların Komandanlıgının diqqət mərkəzində olmuşdur.

     Ehtiyatda olan mayor Bağırov Ramiz İsrafil oğlu Daxiliİşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına,  hərbi andın,  hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir cox hərbi qulluqçular ücün nümunə olmuşdur.

      R. Bağırovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qosunlar Komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə O, Azərbaycan Respublikasi Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanının («Hərbi xidmətlərə görə » medalı),Naxçıvan Muxtar Respublikasinin Ali Məclisinin Sədrinin, Daxili İşlər Nazirinin,  Daxili Qosunlar Komandanın və xidmət etdiyi hərbi hissə komandirinin mivafiq əmrləri ilə bir sıra medallarla («Qüsursu zxidmətlərə görə » 1- ci, 2-ci və 3-cü dərəcəli medalarla,  «Azərbaycan «Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasinin 90 və 95 iliyi «medalarla ), döş nisanı ilə, fəxri fərmanlarla, pul mükafatları ilə və qiymətli hediyələrlə mukaflandirlib.

BÜTÜN GÖZƏL NƏ VARSA, SƏNİN OLSUN Ramiz bəy !

Dərin hörmətlə,

Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: