Müharibə veteranları Xocavənddə həkimlərlə görüşüblər

Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev və Müharibə Əlillərinə «Qayğı» İctimai Birliyi Sabunçu rayon şöbəsinin sədri Vidadi Şabanov Xocavənd rayon Xəstəxanası Publik Hüquqi şəxsinin həkimləri ilə görüş keçiriblər.

Xəstəxanada müharibə iştirakçılarına və şəhid ailələrinə qayğı yüksək səviyyədədir. Bununla bağlı Xocavənd rayon Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Kifayət Hacıyeva məlumat verdi. Bu təbəqədən olan şəxslərlə bağlı xəstəxanada Müharibə İştirakçıları ilə İş üzrə mütəxəssis Fərid Balaylı onlarla daim təmasdadır. Bu iş üzrə mütəxəssislər arasında şəhidin həyat yoldaşı olan Validə Balakişiyeva da var.

Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov bildirdi ki, işlər düzgün qurulanda əlavə problemlər yaranmır. Xocavənddə müharibə iştirakçılarının müalicəsinə və problemlərinə diqqətlə yanaşılması sevindirici haldır.

Onlara öz işlərində uğurlar diləyir və öz minnətdarlığımı bildirirəm.

N. Məmmədli

Bu xəbəri paylaşın: